“Ofis genişləndirilməlidir” - Kaspişik Qarabağdan mesaj verdi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

O, Xankəndində Qarabağ separatçılarının "xarici işlər naziri" Masis Mayilyanla görüşüb.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, qoşunların təmas xəttindəki vəziyyət müzakirə edilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin monitorinq imkanlarını genişləndirmək və təmas xəttindəki vəziyyətlə bağlı istintaq mexanizmlərini tətbiq etmək üçün razılaşmaların həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31