Bakıda Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin iclası keirilib
Valeh Ələsgərov: “Avropa “Nabucco”nun reallaşmasına siyasi dəstək vermədi”
12 Fevral 2013 16:10 SiyasətAzərbaycan Milli Məclisində Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin iclası baş rurub. İclas iştirakçıları əvvəlcə komitənin həmsədrləri - Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov və Avropa Parlamentinin üzvü İrji Maştalkanın rəhbərliyi ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Milli Məclisdə komitə iclasının açılışı olub. F. Muradov toplantıda mühüm məsələlərə toxunulacağını deyib. Bildirib ki, tədbirdə enerji məsələlərinin müzakirəsi həm Azərbaycan, həm də Avropa parlamemtləri üçün əhəmiyyətli olacaq. Azərbaycanın Avropanın enerji təchizatında rolundan danışan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov bildirib ki, ölkəmizin bu sahədə rolu ildən-ilə artır. Azərbaycanın neft-qaz sənayesinin tarixindən, xüsusilə sovet dövründə, II Dünya müharibəsi zamanı Azərbaycanın qələbəyə verdiyi töhfələri xatırladan natiq deyib ki, müstəqillik illərində Azərbaycanın neft sənayesinin yeni mərhələsi başlanıb. Bunun əsası 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə qoyulub. "2-si dünya müharibəsində Bakı SSRİ neftinin 80 faizini verirdi. Məhz həmin neftdən istifadə nasizm üzərində qələbəni təmin etdi. Bununla Avropada demokratik proseslərin inkişafı başladı. Sovet erasından sonra vəhşicəsinə istismar edilən neft sənayesinin bərpasına başlanıb. Hazırda neftimizi ixrac etmək üçün bir neçə boru kəməri var ki, bunun da ən böyüyü Bakı-Tbilisi-Ceyhan xəttidir. Azərbaycan neftinin ən böyük qismi bu boru kəməri ilə Aralıq dənizi hövzəsinə çıxarılır. Biz bununla neftin diversifikasiyasını təmin etmiş oluruq. Dünyanın əksər bölgələrinə - ABŞ, Kanada, Ekvador, Çili, İndoneziya və bütün Aralıq dənizi hövzəsi ölkələrinə neft satırıq". Hazırda Azərbaycanın qaz sənayesinin inkişafına daha çox üstünlük verdiyinə diqqət çəkən E. Nəsirov bildirib ki, "Şahdəniz" təbii qaz yatağı qaz ixracatında mühüm rol oynayır. Hansı ki, bi yataqda 24-25 milyard kubmetr qaz tədarük edilir. Dünya ölkələrinin də bu qaza maraqları böyükdür: "Bəzən Avropada bu maraqlar sünii çəkildə böyüdülür. Azərbaycan isə İtaliya vasitəsilə öz qazını Avropaya çıxarmaq istiqaməıtində sakit tərzdə öz işi ilə məşğuldur. Düzdür, Azərbaycanın neft istehsalçısı kimi birbaşa dənizə çıxışı yoxdur. Ancaq Bakını Avropa ilə birləşdirən boru kəmərləri inşa edilə bilər. Məhz bu amil nəzərə alınaraq hazırda digər yataqların istismarı ilə qaz ehtiyatlarının artırılması mümkündür". Sənaye və Energetika Nazirliyinin təmsilçisi Aysel Bayramova qeyd etdi ki, dünyada neft və qazın qiyməti artmaqda davam edir. Müşahidələrə görə, 2035-ci ildə neft və qaz hasilatında azalma gözlənilir. Azərbaycan bunu nəzərə alaraq öz uzunmüddətli enerji siyasətini müəyyən edib. Azərbaycanda kifayət qədər neft ehtiyatları var və yeni yataqların istismarına başlanıb. Bu karbohidrat ehtiyatları Avropaya çıxarmaq üçün inkanlar axtarır. Milli Məclisin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə çıxışında Avropa Parlamentinin bir sıra üzvlərini "Nabucco" layihəsi ilə bağlı savadsızlıqda ittiham edib. V.Ələsgərov avropalı deputatların bu layihə ilə bağlı açıqlamalarına etirazını bildirib: "Son vaxtlar eşidirik ki, bəzi avropalı siyasətçilər və Avropa Parlamentinin üzvləri bildirirlər ki, Azərbaycan "Nabucco"ya ildə 30 milyard kubmetr nəql etməyə təminat vermədiyi üçün layihə baş tutmayıb. Bu, düzgün fikir deyil. Çünki bu layihə ortalığa çıxanda Azərbaycan qazının nəqlindən, ümumiyyətlə, söhbət getmirdi. Sonradan əlləri hər yerdən üzüldükdə Azərbaycan yada düşdü. Ona görə də Azərbaycanı bu məsələdə ittiham etmək savadsızlıqdır". Xəzər hövzəsində qazın ixracatı üçün heç bir riskin olmadığını deyən vitse-spiker bildirib ki, Azərbaycan "Nabucco" layihəsinin həyata keçirilməsinə tam hazırdır, sadəcə, Avropadan bunun üçün siyasi dəstək lazımdır: "Əslində bu layihənin indiyə qədər gecikməsinin səbəbi avropalı siyasətçilərin, deputatların və bəzi ekspertlərin məsələyə əks tərəfdən yanaşmasıdır. "Nabucco"ya yetərli siyasi dəstək verilməli idi. Bizim gözlədiyimiz tərəflərdən bu dəstəyin olmaması üzündən hələ ki bununla bağlı iş ləngiyir. Açıq demək lazımdır ki, buna siyasi dəstək lazımdır. Məsələn, Rusiyanın dəstəyi olmasaydı, Baltik dənizindən keçən böyük qaz kəmərinin istifadəyə verilməsi də mümkün olmazdı". O, əlavə edib ki, Azrbaycan Avropanın enerji təminatında təkcə istehsalçı ölkə kimi deyil, həm də tranzit ölkə kimi təqdim edilməlidir: "Son on ildə neft istehsalı 11, qaz istehsalı isə 30 faiz artıb. Xeyli həcmdə də ehtiyat resurslar var. Hasilatın artmasına baxmayaraq dünya bazarında qiymətlərin də paralel olaraq artması müşahidə olunur. Əgər biz dünyanı ekoloji baxımdan təmiz enerji ilə təmin etmək istəyiriksə, kömür hasilatı azalmalıdır. Lakin son illərdə kömür hasilatı 60 faiz artıb. Əslində isə ətraf mühitin mühafizəsini təmin etməkdən ötrü kömürlə işləyən müəssisələrin sayı azaldılmalıdır".
Alim