Nümayəndələr Palatası Güneyə diqqəti artıracaq

Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan partiyaların birləşdiyi Nümayəndələr Palatası qətnamə yayıb. "OLAYLAR"-a daxil olan qətnamənin mətnində qeyd edilir ki, qurum Azərbaycan xalqının xoş gələcəyi naminə ölkənin bütün demokratik qüvvələrini birliyə çağırır. Həmçinin. Nümayəndələr Palatası hakimiyyəti Güney Azərbaycanda pozulan insan haqlarına diqqət yönəltməyə çağırır. Bildirilir ki, dünyada cərəyan edən hadisələr, haqq və özgürlüklər uğrunda verilən mücadilələr, İranın beynəlxalq aləm tərəfindən təcridi, rejimin dərin böhran icərisində olması və Milli Oyanış hərakatının başlanan yeni dalğası Bütöv Azərbaycan ideyasının gercəkləşməsinə inamı və ümüdləri artırmaqdadır. Bununla belə İran rejiminin Güneyli soydaşlarımıza yönəlik siyasətinin sərtləşdirilməsi, repressiyalarının, təqib və təzyiqlərinin amansız xarakter alması, qətl və həbslərinin intensivləşməsi ciddi narahatlıq doğurmaqdadır.  Nümayəndələr Palatası Güneyli soydaşlarimizin taleyinə biganə qalmayacağını bir daha bildirərək, Azərbaycanın birliyi və bütövlüyü uğrunda, eləcə də, insan hüquq və azadlıqlarının bərpası yönündə dönmədən mübarizə aparan bacı-qardaşlarımıza bundan sonra da öz dəstəyini əsirgəməyəcəyni bəyan edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00