Ümid seçki hazırlıqlarına başlayıb

Ümid Partiyası prezident seçkilərinə hazırlıq istiqamətində müvafiq addımlar atıb. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın Ali Məclisinin sədri Ənvər Ağazadə deyib ki, seçkilərə hazırlıq çərçivəsində regionlarda partiyanın yerli rayon təşkilatları ilə görüşlər keçirilir, müvafiq təlimatlar verilir: "Bu məqsədlə partiyanın mıərkəzi aparatında təmsil olunan şəxslərin ayrı-ayrı regionlara səfərləri təşkil edilir. Yaxın aylarda da bu kimi səfərlər davam etdiriləcək". Ənvər Ağazadə bildirib ki, seçkilərə qədər partiyanın yerli rayon təşkilatları tam təkmil və hazırlıq vəziyyətə gətiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00