Lukaşenkonun Bakı ilə KTMT müzakirəsi İrəvanı hürkütdü

KTMT-nin daxili məsələlərini Bakı ilə müzakirə etmək doğru deyil.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan deyib.

"Ermənistan KTMT-yə altı ölkənin kollektiv təhlükəsizlik məsələlərinin aid olduğu meydan kimi baxır. Təşkilatın tərkibində həll edilməsi lazım olan problemlər isə var", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə KTMT-nin Astana sammiti haqda danışmışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31