Bakıda Norveç səfirliyi niyə bağlanıb?

Norveç Krallığının Azərbaycandakı səfirliyinin bağlanması faktorunu çox da üzücü bir hal kimi qəbul etməməliyik 

"Bakıda Norveç səfirliyinin bağlanmasını bir neçə amillə izah etmək olar. Norveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur. 1998-ci ilin iyul ayının 22-də Norveç Krallığının Azərbaycanda səfirliyi açılmışdır. Təbii ki, səfirliyin açılmasına təsir göstərən ən önəmli amil "Əsrin müqaviləsi"ndən sonra "Statoil" şirkətinin Xəzərin Azərbaycan sektorunda neft və qaz hasilatı prosesində iştirak etməsidir. "Statoil" şirkətinin səhmlərinin 60%-dən çoxu Norveç dövlətinə məxsus idi. Hazırda isə bu şirkətin Azərbaycanda həm neft, həm də qaz hasilatındakı fəaliyyəti demək olar ki, çox aşağıdır". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politiloq Ehtiram Aşırlı deyib.

O bildirib ki, Norveç kimi böyük geosiyasi ambisiyaları olmayan ölkələr daha çox konsulluq və mərkəzi bir diplomatik nümayəndəlik yaratmaqla bütövlükdə regional prosesləri koordinasiya etməyə çalışırlar:

"Cənubi Qafqazda 3 respublika ilə münasibətləri Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycandan koordinasiya etmək onlar üçün çətinlik yaradır. Bu baxımdan, həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistanla vahid mərkəzdən əlaqələr qurmaq üçün ən əlverişli nöqtə Tbilisidir. Tblisin seçilməsində digər bir amil isə Avropa İttifaqıdır. Gələcəkdə İsveç, Finlandiya bir sıra Avropa ölkələri diplomatik əlaqələrin qurulması üçün mərkəzdən idarə üsulunu seçəcəklər ki bunun üçündə ilk tərcih Tbilis olacaq.  Norveç Krallığının Azərbaycandakı səfirliyinin bağlanması faktorunu çox da üzücü bir hal kimi qəbul etməməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31