Saakaşvili gedir... Gürcüstan müstəqilliyini itirə bilər - AÇIQLAMA

Asif Bayramov: “Bdzina İvanişvili prezident Mixail Saakaşvilinin ortaya qoyduğu siyasi ənənəyə sadiq qalacaq”

Gürcüstanda baş nazir və prezident administarasiyası arasındakı soyuqluq kritik həddə çatıb. Bdzina İvanişvili və Mixail Saakaşvili öz münasibətlərini açıq müstəviyə keçiriblər. Siyasi analitiklər hesab edirlər ki, bu mübarizədə İvanişvili qalib gələcək və rusmeyilli siyasətçinin Gürcüstan hakimiyyətində möhkəmlənməsi Gürcüstanın dövlət müstəqilliyini zərbə altında qoyacaq. Məsələyə münasibət bidirən Borçalı proeblemləri üzrə ekspert Asif Bayramovun sözlərinə görə Bdzina İvanişvili prezident Mixail Saakaşvilinin ortaya qoyduğu siyasi ənənəyə sadiq qalacaq: "2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra gürcülərə Rusiyaya gedişinə embarqo qoyulması gürcü işadamlarına öz mənfi təsirini göstərdi. Eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların şəxsi bizneslərinin məhdudlaşdırılmasına səbəb oldu. Ona görə də bu illər ərzində Saakaşvilinin sonrakı siyasəti Gürcüstan-Rusiya iqtisadi münasibətlərinə calaq verə bilmədi. Bu müstəvidə də İvanişvilinin Rusiya istiqamətli siyasətinə müsbət yanaşmaq olar. Çünki, bu bir tərəfdən Gürcüstanın iqtisadi blokadadan çıxmasına kömək olacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00