Səfir Senatorlar Palatasının Prezidenti ilə görüşüb
13 Noyabr 2018 12:22 SiyasətBrazilia şəhərində Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Trinidad və Tobaqo Respublikası Parlamanetinin Senatorlar Palatasının Prezidenti, xanım Christine Kangaloo ilə görüş keçirib
Səfirlikdən Olaylar.az -a bildirilib ki, görüş zamanı, səfir Elxan Poluxov müasir dövrdə Parlement diplomatiyasının əhəmiyyətindən danışaraq, Azərbaycan haqqında, xüsusi ilə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialına dair ətraflı məlumat verilib.
Xanım Christine Kangaloo səfir Elxan Poluxovu etimadnamələri təqdim etmək münasibəti ilə təbrik etmiş, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır. Tərəflər gələcəkdə hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsinə dair aparılan işlərin intensivləşdirilməsinin vəcibliyini vurğuluyaraq, bu isitiqamətdə səylərin artırılması barədə razılaşmışlar.
Səfir Elxan Poluxov Trinidad və Tobaqo Respublikası Parlamentinin Senatında xatirə kitabını imzalamış və tərəflər qarşılıqlı olaraq hədiyyə təqdim etmişlər.