“İranın hakimiyyət quruluşu ən nadir nümunədir” - AÇIQLAMA
Rüstəm Məmmədov: “Xamneyinin Əhmədinejada qarşı bəyanatlarının məntiqi əsası dini liderin prezidentdən yuxarı dayanmasıdır”
12 Fevral 2013 14:58 Siyasət"Hər halda sənin nə düşündüyün məni maraqlandırmır". İranın Ali dini lideri Əli Əkbər Xamneyi prezident Mahmud Əhmədinejad haqqında danışarkən belə deyib. "İranın ictimai-siyasi, dövlətçilik quruluşu tarixdə çox nadir hallarda rast gəlinən formadır. Bu formaya əsasən dövlət başçısı üzərində əlavə bir status yaradılıb, o da faktiki olaraq dövlətə rəhbərlik edir" deyən politoloq Rüstəm Məmmədovun sözlərinə görə Ali dini lider İranda prezidentdən bir pillə yuxarıda dayanır: "Faktiki olaraq prezidentin bütün qərarları dini liderlər razılaşdırılır. Bu müstəvidə də baş verən proseslər tamamilə qanunauyğun sayılmalıdır, çünki prezident də dini liderin faktiki üstünlüyünü tanıyır. Buna oxşar bir quruluş Müəmmar Qəddafinin hakimiyyəti vaxtında Liviyada olub. Yəni o, prezidentdən bir pillə yuxarıda idi. Digər bənzər quruluşu isə Əli Abbas Salehi tərəfindən Yəməndə qurulmuşdu. Lakin, o bu gün islahatlara gedərək mövcud statusun ləğvinə aparan yoldadır. Başqa ölkələrdə isə bu cür dövlətçilik formasına rast gəlməmişəm ki, prezidentdən yuxarı bir dövlət qurumu yaransın. Xamneyinin Əhmədinejad haqqında bu cür bəyanat verməsinin məntiqi mənası budur". ("OLAYLAR" İA)