Kim Çenə şok: 13 gizli raket kompleksinin yeri tapıldı

Şimali Koreyada 20 yerdə ehtimal edilən gizli raket komplekslərindən 13-nün yeri müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin peyk görüntülərindən istifadə edərək hazırladığı hesabatda məlumat verilib.

Hesabatda ABŞ-la Şimali Koreya arasında imzalanan müqaviləyə əsasən, təftiş ediləcək ərazilərə sözügedən obyektlərin də əlavə edilməsinin lazım olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31