Xocalı soyqırımının tanınması petisiyasına səs sayı 91 mini ötüb VIDEO

Xocalı soyqırımını anmaq məqsədilə Ağ evin rəsmi saytında yerləşdirilmiş petisiyanın imzalanması prosesində 100 000 adamın səs verməsi tələb olunur

Yanvar 25-dən Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya elektron imza toplamaq üçün "biz xalqıq" kampaniyası çərçivəsində başlayan səsvermədə iştirak edənlərin sayı artıq 91 min 440-ı keçib.
Kampaniyada iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər: səhifədə göstərilən "hesab yarat" (create an akkount) bölməsinə daxil olmaq, bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır.
Qeydiyyat başa çatdiqdan sonra ağ evin rəsmi saytindan istifadəçinin e-mail ünvanina təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır. Həmin şifrəni "sayn in" bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır. Xatırladaq ki, e-mail ünvanına gələn məktubun daxilində olan linkə keçid verərək daxil olmaq da mümkündür.
"Loq in" düyməsini sıxdıqdan sonra qeydiyyat başa çatmış hesab edilir və şəxsi hesab açılır. Şəxsi hesabınızda göstərilən "siyn this petition" (bu ərizəni imzala) düyməsini sıxaraq petisiyanı imzalamaq mümkündür. Hər şəxs yalnız bir ayp ünvandan (bir kompüterdən) səs verə bilər. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ ev qeydiyyatda olan kompüterlərin ap ünvanının istifadəsinə məhdudiyyət qoyacaq.
Xatırladaq ki, Xocalı soyqırımını anmaq məqsədilə Ağ evin rəsmi saytında yerləşdirilmiş petisiyanın imzalanması prosesində 100 000 adamın səs verməsi tələb olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00