Türkiyə ilə Suriya arasında siyasi böhran böyüyür VIDEO
Türkiyə-Suriya sərhədində baş vermiş qanlı partlayışdan sonra, Türkiyə baş naziri insidenti şərh edib
12 Fevral 2013 14:51 SiyasətTürkiyə Suriya sərhədində baş vermiş qanlı partlayışdan sonra, Türkiyə baş naziri insidenti şərh edib. Rəcəb Tayyib Ərdoğan Cilvəgözü nəzarət buraxılış məntəqəsində partlayışa səbəb olan maşının Suriyadan gəldiyinin müşahidə kameralarına düşdüyünü bildirib.
Ankarada Avropa Birliyinin səlahiyyətli səfirləri ilə bir araya gələn türkiyəli baş nazir, hadisə nəticəsində 3 türk vətəndaşı daxil olmaqla, 13 nəfərin öldüyünü deyib: "Yaralıların böyük əksəriyyəti ağır yaralı vəziyyətdədir. Onların ən qısa zamanda sağalmasına ümid edirik. Bu hadisə istər terror, istərsə də, Suriya ilə bağlı işlərin nə dərəcədə effektli olduğunu göstərmək baxımından çox önəmli oldu. Hamı bilsin ki, bu iki məsələdə güzəştə gedən deyilik.
Xatırladaq ki, ötən gün Türkiyə-Suriya sərhədində, bufer zona sayılan ərazidə güclü partlayış baş verib. Partlayış nəticəsində 3 türk vətəndaşı və 10-a yaxın suriyalı həlak olub, xeyli sayda insan yaralanib.bundan başqa hadisə yerində olan 30-a yaxın avtomobilə də ziyan dəyib.