Azərbaycan və Belarus arasında 10-a yaxın sənəd imzalanacaq

Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq haqqında 10-a yaxın sənəd imzalanacaq.

Bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarus PrezidentiAleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sənədlərin gələn həftə imzalanacağı və siyasət, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrini əhatə edəcəyi gözlənilir.

"Əlaqələr yerində dayanmır, hüquqi-saziş bazası inkişaf etdirilməlidir", - səfir deyib.

Səfir qeyd edib ki, hazırda Azərbaycan tərəfi Belarusda tikinti sahəsində bir sıra investisiya layihələri həyata keçirir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31