"Ermənistana tərs şillə güvəndiyi təşkilatdan gəldi" ŞƏRH

"Ermənistan bu dəfə ağır zərbəni, tərs şilləni çox güvəndiyi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) aldı. Bu, əslində gözlənilən idi".

Bu fikirləri  Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, çünki istər Ermənistan, istərsə də əli Azərbaycan xalqının qanına bulaşmış, eyni zamanda, bir zamanlar öz xalqının qanını tökmüş cinayətkar Xaçaturov KTMT üçün artıq əməli-başlı başağrısı idi, onun üçün ciddi problemlər yaradırdı.

Deputatın sözlərinə görə, çox yaxşı haldır ki, bunu KTMT-nin üzvü olan digər dövlətlər, onların liderləri də zamanında (bəlkə də bir qədər gec) başa düşdülər və özlərini Xaçaturov biabırçılığından qurtardılar: "Bu, həm də Azərbaycanın, KTMT-nin üzvü olmasa da, bu quruma təsirini, onun çəkisini və nüfuzunu bir daha açıqlığı ilə ortaya qoydu. Yəni, KTMT-dəki dövlətlər belə bir mövqe sərgiləməklə həm də Azərbaycanla münasibətləri daha üstün tutmuş, onunla hesablaşmış oldular".

E. Səlimov hesab edir ki, bu məsələ Ermənistanda mövcud olan qeyri-sabit durumu daha da gərginləşdirəcək: " Ermənistan r bu uğursuzluğun şokunu hələ çox yaşayacaq. Necə ki, Ermənistan öz işğalçılıq və təzavüzkarlıq siyasətlərindən əl çəkməyib, şovinizm xəstəliyindən qurtulmayıb, onların uğursuzluqlarının davamı ard-arda gələcək. Ermənistan belə davam etsə, daha da təcrid olunmuş vəziyyətə məhkum olacaq".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31