Fransalı deputat: "Xocalıda aeroportun açılması məsələsi təxribatdır"

Xocalıda aeroportun açılması məsələsi Ermənistan hökumətinin təxribatıdır. Trend-in məlumatına görə, bu barədə Fransa parlamentinin deputatı Natali Qule Türkiyənin "Cihan" agentliyinə müsahibəsində deyib.
"Xocalıda aeroportun açılması məsələsi təxribatdır və bu, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə zərər verəcək", - Qule bildirib.
O, həmçinin qeyd edib ki, özünü Azərbaycanın fəxri vətəndaşı kimi görür və beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00