İƏT-in Əmək Mərkəzinin Nizamnaməsi Azərbaycan səfirinin iştirakı ilə Səudiyyə Ərəbistanında imzalanıb

Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin Nizamnaməsini imzalayıb.

İmzalanma mərasimi İƏT Baş Katibliyinin Ciddə şəhərindəki mənzil-qərargahında keçirilib.

Sənədi Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin və İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin  iştirakı ilə Səudiyyə Ərəbistanının əmək naziri Əhməd bin Süleyman əl-Rəci imzalayıb.

Qeyd edək ki, təşkilatın Əmək Mərkəzinin mənzil-qərargahı Azərbaycanda yerləşir.

Mərkəzin məqsədi İƏT üzvü olan ölkələrin sosial imkanlarının gücləmdirilməsi və genişləndirilməsidir. Həmçinin bu, dövlətlərə kollektiv səylərlə qloballaşma və ticarətin liberallaşması şəraitində problemləri həll etmək üçün işçi qüvvəsi hazırlamağa yardım edəcək. Mərkəzin fəallığı eyni zamanda İslam ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığı da artıracaq.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31