Norveç Bakıdakı səfirliyini bağlayacaq
10 Noyabr 2018 00:49 SiyasətNorveç Bakıdakı səfirliyini bağlamaq qərarına gəlib.
Bu barədə Norveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, Norveç Gürcüstanda səfirlik açmaq niyyətindədir.
Norveçin Azərbaycanla münasibətlərinə ölkənin Ankaradakı səfirliyi cavabdeh olacaq.
Eyni zamanda bildirilir ki, Krallıq Bakıda fəxri baş konsulluq açmaq niyyətindədir.
Norveçin Cənubi Qafqazdakı diplomatik təmsilçiliyindəki dəyişikliklər 2019-cu ildə reallaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31