XİN: "İran özünün nüvə proqramı ilə bağlı istənilən iddiaya cavab verməyə hazırdır"
12 Fevral 2013 12:43 Siyasətİran özünün nüvə proqramı ilə bağlı istənilən iddiaya, narahatlığa, yaxud qeyri-müəyyənliyə cavab verməyə hazırdır. Trend-in məlumatına görə, bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Press TV-nin birbaşa efirində bəyan edib.
"İran və Beynəlxalq Atom Enerjisi Agentliyi bizim dəstəkləməyə çalışdığımız şəffaf hüquqi əlaqələrə malikdir", - Mehmanpərəst bildirib.
O qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı mövcud olan bütün problemlər mümkün gələcək fəaliyyətə aiddir.
"Keçmişdə biz bütün iddialara və narahatlıqlara cavab vermişik", - o deyib və əlavə edib ki, İran Nüvə Silahının Yayılmaması Müqaviləsinin müddəalarına sadiqdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00