Tramp fikrini dəyişdi - Putinlə görüşməyəcək
8 Noyabr 2018 02:16 SiyasətABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşü olmayacaq.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasından bildiriblər.
"Prezident Trampın yeganə planlaşıdırılan görüşü fransalı həmkarı Emmanuel Makronla olacaq. Biz Parisdə prezident Vladimir Putinlə ayrıca ikitərəfli görüş planlaşdırmırıq", - deyə administrasiyadan deyilib.
Xatırladaq ki, əvvəlcə Trampla Putinin noyabrın 11-də Parisdə görüşəcəyi deyilsə də, Ağ Ev rəhbəri daha sonra rusiyalı həmkarı ilə G20 sammiti çərçivəsində noyabrın sonunda Argentinada görüşə biləcəyini söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31