Azərbaycan bayrağının rəngləri Yeni Kalendoliyada?
6 Noyabr 2018 15:41 SiyasətNoyabrın 4-də Fransanın tərkib hissəsi olan Yeni Kalendoniya əyalətinin müstəqilliyi üzrə keçirilən və səs çoxluğu qazana bilməyən referendumun nəticələri zamanı maraqlı fakt ortaya çıxıb.
Fransa əyalətinin bayrağında Azərbaycan üçkolorunun rəngləri - göy, qırmızı və yaşıl öz əksini tapıb.
İlginc olan da budur ki, sözügedən bayraqda rənglərin sıralanması da eynilik təşkil edir. Bir fərq isə ondadır ki, Yeni Kalendoniya əyalətinin bayrağında aypara və ulduz yoxdur. Həmin yerə əyalətin özəl simvolikası - gerbi çəkilib.
Xatırladaq ki, Yeni Kalendoniya 1853-cü ildən Fransanın tərkib hissəsidir.


SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31