Söyün Sadıqovu Putin danışdırır - AÇIQLAMA

Elxan Şahinoğlu: “Söyün Sadıqovun açıqlaması özündə Kremlin planları müəyyənləşdirir”

RATİ üzvü Rusiya mətbuatına açıqlamasında təhlükəli danışıb. Söyün Sadıqovun sözlərinə görə, yaxın müddətdə Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməsi mütləqdir. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanda hakimiyyət dəyişikliyinə ehtiyac varsa, bunu Azərbaycan vətəndaşı olanlar düşünməlidir: "Başqa ölkənin vətəndaşı bu barədə açıqlama verəndə və xüsusən də Rusiyadan olan bir adam bunu deyəndə bir qədər müəyyən suallar yaranır. Ən azından onu nəzərə almaq lazımdır ki, Söyün Sadıqov Kremlə, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır. Bu mənada da suallar yaranır ki, Söyün Sadıqov nəyə əsaslanıb bu cür bəyanatlar verir? Ola bilsin ki, Kremlin Azərbaycanla bağlı planları var və Sadıqov da bundan xəbərdardır. Ən qorxulu proqnozlardan biri Rusiyanın Azərbaycana müdaxilə etməsidir. Söyün Sadıqovun açıqlaması özündə Kremlin planları müəyyənləşdirir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00