Vaşinqtonun Tehran siyasəti dəyişə bilər
6 Noyabr 2018 14:59 SiyasətHər şey okeanın o tayında keçirilən seçkilərin nəticələrindən asılı olacaq
Birləşmiş Ştatların İranla bağlı siyasəti dəyişə bilər. Təbii ki, hər şey okeanın o tayında keçirilən seçkilərin nəticələrindən asılı olacaq. Əgər Konqresə keçirilən seçkilərdə Demokratlar Partiyası qalib gələrsə, o zaman Ağ Ev rəhbəri Donald Tramp üçün mənfi sonluq yaranacaq. Çünki Tramp məhz Demokratların namizədi üzərində qələbə qazanaraq Ağ Evə rəhbərliyi ələ alıb və Birləşmiş Ştatlar prezidenti kimi fəaliyyət göstərdiyi gündən Trampın əsas hədəfi Demokratlar Partiyası olub. Daha dəqiq desək Demokratlar Partiyasının hakimiyyəti dövründə xarici siyasətdə baş verən dəyişikliklərə adekvat addımlar atmaq, bu siyasətin kökündən yalnış olduğunu amerikalılara təqdim etmək. Bəs görəsən ekspertlər bu barədə nə düşünür və Birləşmiş Ştatlarda keçiriləcək Konqres seçkilərində hansı siyasi qüvvənin qələbə qazanmaq şansı var?
Müstəqil ekspert Zeynal Əmralıyev deyir ki, Birləşmiş Ştatlarda tarixi seçkilər keçirilir. Onun sözlərinə görə, ölkədə aparılan sosioloji rəy sorğularına görə Konqresdəki yerlərin əksəriyyətini müxalifətdə olan Demokratlar Partiyası qazanacaq: "Birləşmiş Ştatlarda formalaşmış siyasi ənənəyə görə əksər hallarda ara seçkilərdə müxalif partiya qalib gəlir. Bu amerikalıların siyasi düşüncə tərzindən irəli gələn bir məsələdir. .Birləşmiş Ştatlar vətəndaşları əksər hallarda qanunverici hakimiyyətin fərqli, idarəedici hakimiyyətin isə fərqli siyasi qüvvənin nəzarətində olmasını dəstəkləyir.Təbii ki, zaman-zaman istisnalar da olur". Ekspert bildirib ki, qanunverici hakimiyyətin müxalifətin əlində olması prezident üçün çətinlik yaradır: "Əgər Konqresə keçirilən seçkilərin nəticələrinə uyğun olaraq Demokratlar Partiyası seçkidən qalib ayrılarsa, bu o deməkdir ki, Ağ Ev rəhbəri Donald Trampın hökmranlığı sona yetəcək. Çünki Birləşmiş Ştatlarda hər nə qədər prezident idarəçiliyi hakim olsa da, parlamentdə çox geniş səlahiyyətin sahibidir. İcraedici hakimiyyətin başçısı bütün qərarlarda, hətta adi bir vəzifə təyinatında belə qanunverici orqandan razılıq almalıdır".
Zeynal Əmralıyev deyib ki, Birləşmiş Ştatlarda keçirilən Konqres serçkilərində xüsusi önəm çəkən bir məsələ də var ki, bu da seçkilər İrana qarşı sərt sanksiyalar işə düşdüyü ərəfədə keçirilir: "Bu seçkilər həm də ölkə üçün 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün də nəbiz yoxlamasıdır. Parlamentarilər və qubernatorlar bu seçkilərdə öz nüfuzlarını yoxlayacaqlar. Birləşmiş Ştatlar siyasətində "okeana atılmaq üçün çayda yaxşı üzməlisən" prinsipi hakimdir".
Zeynal Əmralıyev qeyd edib ki, Birləşmiş Ştatlar prezidentlərinin böyük əksəriyyəti prezidentlikdən əvvək ya parlamentdə fəaliyyət gösdərib, ya da ki,qubernator olub: "Ancaq iindiki prezident Donald Tramp istisna təşkil edir. Seçkiləri maraqlı edən digər bir cəhət isə, hazırki prezident Donald Trampın və keçmiş prezident Barak Obamanın meydanlarda öz partiyaları üçün səs istəməsidir. Donald Trampın seçilməsindən sonra ilk dəfə idi ki, Barak Obama Trampı açıq şəkildə tənqid etdi. Seçkilərdə demokratların qələbəsi Donald Trampın miqrasiya siyasəti başqa olmaqla bir neçə islahatının sonunu gətirəcək. Hətta mümkündür ki, hakimiyyətinin belə sonunu gətirsin. Demokratların parlamentdə üstünlüyü Trampın imtiçmeni ilə sonlana bilər".
Birləşmiş Ştatların hazırkı durumda İran siyasətinə də toxunan ekspert deyib ki,açıq şəkildə İrana qarşı Birləşmiş Ştatlae tərəfindən tətbiq edilən sanksiyaya sanksiya demək politologiya ixtisasına xəyanətdi. Onun sözlərinə görə, qardaş Türkiyədə
Camal Qaşıqçı hadisəsinin baş verməsi və Birləşmiş Ştatların başda Türkiyə kimi ölkəni sanksiyadan kənar tutması açıq şəkildə bunun dəlili və isbatıdır. Bu prosesdən qazanan kimdir? Təbii ki, Türkiyə siyasəti",
Amerikalı ekspertlər isə hesab edirlər ki, Birləşmiş Ştatlar siyasətində yaranmış durumu yalnız bir seçki ilə düzəltmək mümkün deyil. Uğur əldə edilməsi üçün, ən azı, bir neçə seçkinin keçirilməsi, Respublikaçılar Partiyasının yenilənməsi və fərqli əxlaqi oriyentirləri olan fərqli prezidentin seçilməsi tələb olunur
Füzuli