"Ermənistan hakimiyyəti lazımi nəticələri çıxarmalıdır” MÖVQE
6 Noyabr 2018 14:13 Siyasət"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam rayonuna səfəri zamanı Ermənistanın ünvanına çox vacib mesajlar verdi". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan kriminal rejimin nümayəndəsi olaraq Xocalı soyqırımını törədənlərdən biridir: "Amma Nikol Paşinyan müəyyən təxribatlı açıqlamalar səsləndirsə də ona bir şans verilir ki, dekabrda parlament seçkiləri keçirsin. Azərbaycan tərəfi ona şans verir ki, seçkini keçirsin, hökumətini formalaşdırsın və ondan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda aktiv olsun və real addımlar atsın. Əsas gözlənti bundan ibarətdir. Bu baxımdan cənab Prezidentin bu mesajı Nikol Paşinyana ünvanlanıb. Aydındır ki, Paşinyan seçkilərdə qələbə çalacaq və çoxpartiyalı parlamentdə böyük səs çoxluğu qazanacaq. Amma bundan sonra artıq addımlar atılmalıdır və Qarabağ ətrafındakı rayonların boşadılması məsələsi aktuallaşmalıdır. Bu baxımdan cənab Prezidentin ismarıcı çox vacibdir və Ermənistan hakimiyyəti lazımi nəticələri çıxarmalıdır".
SİA