Çörəyi əlindən çıxan Zatulin dərs aldı

"Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanın ABŞ-ın antiİran sanksiyalarına qoşulmasından çox narahat olub və rəsmi Yerevanı bundan çəkindirməyə çağırır. Bir ölkənin siyasətçidinin digər ölkənin onun ölkəsinə aid olmayan məsələyə görə narahat olması çox əcaib görsənir".

"Olaylar" xəbər verir ki, bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Derputat qeyd edib ki, Zatulin əvvəldən də ermənipərəst rus deputatı kimi tanınırdı və Paşinyana qədər özünü Ermənistan deputatı kimi aparırdı. İndi isə sütiasiya dəyişib və artıq Zatulinə ejtiyac qalmayıb: "Yəni, o daha çirkin siyasətinə görə Yerevan tərəfindən açıq və gizli şəkilfə mükafatlandırılmayacaq. Ermənisyanın yeni iqtidarı ölkənin daxili və xarici siyasətini tam müəyyənləşdirməsə də artıq ona Zatulin lazım deyil. Daha doğrusu ona Konstantin Zatulin yox, bir dayıdan digər dayının himayəsinə keçmək üzrə Zatulinlər lazımdır. Şübhə yoxdur ki, belələri mütlıq tapılacaq. Bir tikə çörəyi əlindən çıxan Zatulin isə dərs aldı ki, Ermənistana etibar yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31