“Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq"

Prezident: “Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir”

Prezident: "Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir"

Hazırda dünyada supergüclərin nüfuz savaşı geniş vüsət almaqdadır. Dünyaya hökmranlıq etmək niyyətində olan dövlətlər hətta rəqiblərini sıradan çıxarmaq məqsədilə siyasi və iqtisadi sanksiyalar tətbiq etməkdən belə çəkinmirlər. Dünyanı "parçala hökm sür" siyasəti ilə idarə edən superdövlətlər inkişaf etməkdə olan ölkələrin daxili işinə qarışmaqdan belə çəkinmirlər. Az qala ölkələrin siyasi sistemi, dövlət quruluşu, daxili və xarici siyasətini diktə edən bu güclər sözssüz ki, bununla barışmayanları "cəzalandırmaq" niyyətinə düşürlər. Öz iradələrini yeritmək üçün ən müxtəlif vasitələrə əl atır, hətta ən çirkin siyasi "oyundan" belə çəkinmirlər. Ən çox isə öz təsirləri altında olan beynəlxlaq təşkilatlar, antimilli daxili qüvvələr və separatçıların potensialından yararlanmağa üstünlük verirlər. Hazırda Ermənistan nümunəısi var ki, dünyanın aparıcı dövlətləri və nüfuzli beynəlxalq təşkilatları sanki işğalçı dövlətin "nazı ilə oynayırlar". Ortada işğal faktı, etnik təmizləmə siyasəti, siyqırımı, qaçqın və məcburi köçkünlər ordusu olduğu halda nədəncə beynəlxalq birlik sadalanan faktları görmək istəmir. Əks halda, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana "gözün üstündə qaşın var" deyən tapılardı. Hansı ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanın ərazü bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər, üstəlik işğalçı qoşunların ölkə ərazisindən qeyd-şərtsiz çıxarılması barədə saylı qətnamələr, qərarlar qəbul ediblər. Məhz bu kimi faktları nəzərə alan Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı deyib ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Dövlət başçısı deyib ki, iki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib: "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq". Dövlət başçısının sözlərindən bəlli olur ki, Ermənistanın işğalçılıq siyasətinin iflası yaxın gələcəkdə reallaşacaq. Nəzərə almaq lazımdır ki, ölkələrin ərazi bütövlüyünün təmin edilməsi təbii ki, inkişaf etməkdə olan dövlətlərin həyata keçirdikləri siyasətin nə dərəcədə uğurlu olmasından asılıdır. Etiraf edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bir sıra güc mərkəzlərinin narahatçılığına səbəb olub. Elə buna görə də dəfələrlə iri dövlətlər tərəfindən idarə olunan üzdəniraq beynəlxalq təşkilatların təzyiqlərinə məruz qalıb. Ermənistaın isə hələ də başı sığallanaraq Azərbaycana qarşı istifadə olunur. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarma iqtidarındadır. Bunun üçün ölkəmizin hərbi və iqtisadi qüdrəti kifayət edir. Aprel döyüşləri isə fikrimizi bir daha təqdiq etmiş olur. Dövlət başçısı təsadüfi qeyd etməyib ki, "Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür": Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik". Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı: "Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik". Dövlət başçısının fikirləri deməyə əsas verir ki, Azər­bay­can ye­nə mə­sə­lə­ni kon­kret şə­kil­də qo­yur və onun həl­li üçün düş­mə­nin si­lah­lı qüv­və­lə­ri­nin zəbt olun­muş tor­paq­lar­dan çı­xa­rıl­ma­sı­nın va­cib­li­yi­ni ön pla­na çə­kir. Bu­na əməl olun­ma­ya­ca­ğı hal­da isə konf­lik­tin hərb müs­tə­vi­sin­də çö­zül­mə­si qa­çıl­maz sa­yı­lır. La­kin er­mə­ni tə­rə­fi­nin cəb­hə təx­ri­bat­la­rı bu qə­naə­tə gəl­mə­yə əsas ve­rir ki, düş­mən hərb müs­tə­vi­sin­də da­ha bir la­yiq­li dərs al­ma­yın­ca, Qa­ra­bağ dü­yü­nü­nün sülh yo­lu ilə çö­zül­mə­si­nə ra­zı­lıq ver­mə­yə­cək. Odur ki, beynəlxalq birlik işğalçı dövlətə qarşı təsir imkanlarını işə salmalıdır.

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31