İran Suriyada ordu qurur

İran Suriyada  50 min nəfərlik ordu formalaşdırmağa başlayır. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir iddia ilə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı çıxış edib. Bildirib ki, "Hizbullah" təşkilatı ilə birlikdə formalaşdırılan ordu Bəşər Əsədin müdafiəsi ilə məşğul olacaq. Eyni zamanda formalaşdırılan ordu Bəşər Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə İran və "Hizbullah"-ın bölgədəki maraqlarının qorunması istiqamətində çalışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00