Lüksemburq mediasında Vl Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edən məqalə dərc edilib

Noyabrın 5-də Lüksemburqun AGEFİ media qrupunun gündəlik dərc olunan "Fax" qəzetində Vl Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edən "The Vl Baku International Forum in Baku, Azerbaijan on 25-26 October 2018: From "Black Gold" to "Human Capital" (əlavə olunur) başlıqlı məqalə dərc edilib.

Məqalənin müəllifi forumda iştirak etmiş "AGEFİ" jurnalının redaktoru Adelin Remidir.

Yazıda oktyabrın 25-26-da "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında oxuculara geniş məlumat verilir, qeyd edilir ki, 2010-cu ildən Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil olunan Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr məkanıdır.

Məqalədə, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqindən ayrı-ayrı məqamlara yer ayrılır, o cümlədən dövlət başçısının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunarkən, Dağlıq Qarabağda yaşanan böyük humanitar fəlakət, Xocalı soyqırımı, günahsız insanların qətli, 1 milyondan çox insanın öz doğma torpaqlarından didərgin düşməsi, məscidlərimizin, qəbirlərimizin dağıdılması, muzeylərimizin talan edilməsi ilə bağlı səsləndirdiyi fikirləri də xüsusi vurğulanır.

Yazıda həmçinin VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" mövzusunda keçirilmiş işçi sessiya barəsində məlumat verilir, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğu bildirilir, etnik və dini müxtəlifliyin ölkəmizin milli sərvəti kimi dəyərləndirildiyi vurğulanır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31