Ermənistanın işğalçılıq siyasəti dəyişmir

Ermənistan bir tərəfdən yerləşdiyi coğrafiyada həyata keçirilən regional layihələrdə iştirak etmək istəyir, ciddi cəhdlə buna çalışır,digər tərəfdən isə qonşu ölkələrə qarşı əsassız fikirləri, , ərazi iddialarından geri çəkilmək istəmir, öz işğalçılıq siyasətini davam etdirir. Bu günlərdə işğalçı ölkə rəhbəri Armen Sərkisyanın xarici mətbuata verdiyi müsahibədə bunu aydın şəkildə görmək mümkündür. Belə ki, Ermənistanın prezidenti Armen Sərkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edib. Armen Sərkisyan noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini deyib və bildirib ki, bunun qondarma "erməni soyqırımı”nın "tanınması”na səbəb olacağına ümid edir. Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu bildirib.

Ermənistan bir tərəfdən yerləşdiyi coğrafiyada həyata keçirilən regional layihələrdə iştirak etmək istəyir, ciddi cəhdlə buna çalışır,digər tərəfdən isə qonşu ölkələrə qarşı əsassız fikirləri, , ərazi iddialarından geri çəkilmək istəmir, öz işğalçılıq siyasətini davam etdirir. Bu günlərdə işğalçı ölkə rəhbəri Armen Sərkisyanın xarici mətbuata verdiyi müsahibədə bunu aydın şəkildə görmək mümkündür. Belə ki,  Ermənistanın prezidenti Armen Sərkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edib. Armen Sərkisyan noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini deyib və bildirib ki, bunun qondarma "erməni soyqırımı"nın "tanınması"na səbəb olacağına ümid edir. Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu bildirib.

Müstəqil ekspert Rövşən Məmmədli deyib ki, Armen Sərkisyanın türkiyəli həmkarına müraciəti bir daha Ermənistanın öz işğalçılıq siyasətinə sadiq qaldığını və qonşuları ilə normal münasibətlərə hazır olmadığını ortaya qoyur: "Kimsə düşünürdüsə Armen Sərkisyan sələfi Serj Sərkisyandan fərqli olaraq ağıllı, obyektiv olacaq, yalnız həqiqətdə olanlardan danışacaq çox yanılırdı. Nəinki Sərkisyanlar, eləcə də bütün ermənilər hamısı eyni ağıla qulluq edirlər. Çünki, onlar digər millətlərdən fərqli olaraq öz xəmirlərini özləri belə yoğurublar. Bunlar düzələsi millət deyillər". Rövşən Məmmədli deyib ki, Armen Sərkisyan müharibənində 100 illiyində "ermənilərə qarşı olmayan genosid" axtarır: "Bu tək abırsızlıq, dünyanı ələ salmaq deyil, bu həm də erməni xislətinin sağalmaz xəstəliyidir. Armen Sərkisyan bilməlidir ki, cənab Ərdoğan bir dəfələrlə deyib və bu gün də eyni mövqedə qalır ki, Ermənistan heç bir ilkin şərt qoymadan nə vaxt qoşunlarını Azərbaycanın işğal etdiyi 20 faiz ərazisindən çıxaracaqsa, onda Ermənistanla danışığa da girəcək, sərhədləri də açacaq, dostluq münasibətləri də quracaq. Məgər Armen Sərkisyan bunları etdimi, indi "Ərdoğanla dialoqa hazır olduğunu" bildirir. Armen Sərkisyan kimdir ki, boyundan bir metr də yuxarl tullanmaq istəyir. Ermənistan Türkiyənin bir bölgəsi boyda belə deyil". Ekspert hesab edir ki, Ermənistan prezidenti bu kimi bəyanatlarla özünü dünyaya göstərmək istəyir: "Sərkisyan bir yandan Türkiyəni genosid tanıma ilə "hədələyirsən", digər yandan da Türkiyə Prezidenti ilə dialoqa hazır olduğunu bildirir. Özü də şər, böhtan dialoquna. Armen Sərkisyanın Hijdeh təfəkkürlü faşist baxışları kişilərlə oturub durmağa böyük bir maneədir. Çox təəssüflər ki, Ermənistan bir yara kimi gəlib Türk dünyasına düşüb. Sərkisyan kimdir ki,Tanrısına səmimi ürəklə bağlı olan, həyatda bir qarıncanı belə tapdalamaq istəməyən Ərdoğanla görüşsün".

Rövşən Məmmədli qeyd edib ki,  Armen Sərkisyan öncə gedib əcdadlarını -Haykanları Hindistanda axtarsın: "Bir halda Türkiyədə axtarırsan olsun. Bəs indi prezidenti olduğun Ermənistan kimindir.100 il öncəyə qədər ora bizim idi Azərbaycan Türklərinin idi. Oranın toponomiyasında, hidronomiyasında bir dənə də erməni adı yox idi. İndi hanı o yerlərin aboregen xalqı. Bu gün kökəncə ermənistanlı (Qərbi Azərbaycanlı) olan 7 milyon Azərbaycan Türkü var dünyada. Onun 4 milyonu Azərbaycan dövlətində,3 milyonu isə Türkiyə, İran, Rusiya Orta Asiya dövlətlərində və digər dövlətlərdə yaşayırlar. Onları siz doğma ellərindən obalarından didərgin salmısınız. Bəs bunların hüququnu niyə dilinizə gətirmirsiniz?. Bu gün Azərbaycanın 20 faiz ərazisini işğal etmisiniz. ancaq özünüzü doğru, bizi suçlu göstərməyə çalışırsınız. Əgər Ərzrumda, Vanda, Bitlisdə yaşamaq istəyirsinizsə bu sizin yaşamaq yeri seçmək hüququnuzdur. O zaman buyurun Ermənistanı (Qərbi Azərbaycanı) boşaldın, təhvil verin əsil sahibi olan bizlərə, sonra gedin Osmanlıda yaşadığınız kimi başınızı aşağı salın Türkiyədə yaşayın. Yoxsa Kostitusiyanızda Türkiyənin 7 bölgəsinə iddialı olduğunuzu göstərib indi də o 7 vilayəti Türkiyədən qoparıb Ermənistana "birləşdirmək" xəyalındasınız". Ekspert deyib ki, Ermənistan prezidentinin düşündüyü dövrlər çox arxada qalıb: "Hərçənd bundan başqasını da düşünə bilmirlər. Ermənilər yüz ildə Türk dünyasına hansı zərbələr vurmayıblar? Ötən əsrin əvvəllərində erməni çeteləri 2 milyon Türkü məhv edib, Qərbi Azərbaycan boyda ərazilərimizdən milyonlarla Türkə vəhşi divanlar tutub deportasiya ediblər. İndi orda ancaq monodövlət erməni dövləti quraraq bizim tariximizə, musiqimizə, mədəniyyətimizə həyasızcasına sahiblənmək istəyirlər. Hələ utanmadan Türkiyə Prezidenti ilə "ortaq tarix" söhbəti edirlər. Bəs bizim indi Ermənistan adlandırdığınız -Qərbi Azərbaycandakı 10 min illik, yüz min illik tariximizi nə edək, bağışlayaq ermənilərə?. Qətiyyən. Ermənilərin "Böyük Ermənistan" qurmaq xəyalı xəyal olaraq qalacaq və heç zaman baş tutmayacaq. Ancaq ermənilərin bu xəyalları öz başlarına bəla olacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31