C.Çiçək: “Azərbaycan torpaqlarının azad edilməsi regionda əməkdaşlıq üçün mühüm amildir”

Türkiyə parlamentinin sədri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Azərbaycan torpaqlarının işğalına daha sərt mövqe bildirməyə çağırıb

Pakistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Parlament Assambleyasının I Konfransında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək təşkilata üzv ölkələri Azərbaycan torpaqlarının işğalına daha sərt mövqe bildirməyə çağırıb. Türkiyə parlamentinin spikeri vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda azad edilməsi regionda iqtisadi əməkdaşlıq üçün də mühüm amildir. Onun sözlərinə görə, ECO üzvü olan ölkələrin yerləşdiyi geostrateji məkan, təbii sərvətlər və insan kapitalından narahat olan bəzi güclər bu coğrafiyada bəzi oyunlar oynamağa çalışırlar. Ona görə də biz bu oyunları yaxşı anlamalı, onların qarşısını birlikdə almalıyıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00