“Ermənistan özünü dərin uçuruma salıb” AÇIQLAMA
2 Noyabr 2018 18:39 Siyasət"Məlumdur ki, Ermənistan son 25 ildə regionda apardığı işğalçılıq siyasəti nəticəsində demək olar ki, bütün istiqamətlərdə inkişafdan geri qalıb və özünü çıxılması asan olmayan dərin uçuruma salıb". Bunu "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.
Onun sözlərinə görə, Ermənistan işğalçılıq hərəkətinə görə, regionda da tam təcrid olunub, həyata keçirilmiş bütün böyük layihələrdən kənarda qalıb: "Beynəlxalq münasibətlərdə və regionda baş verən son hadisələr, xüsusən ABŞ-Rusiya, ABŞ-İran münasibətlərində baş verən kataklizmlər fonunda iki dayağı olan Rusiya və İranın sanksiyalar nəticəsində siyasi və iqtisadi baxımdan zəifləmələri Ermənistanın da mövqeyini beynəlxalq aləmdə kifayət qədər zəiflədib, hətta iş o yerə gəlib ki, Ermənistan daxildə ciddi hakimiyyət böhranı ilə üzləşib. Hazırda N. Paşinyanın təsiri altında Ermənistanın Qərblə Rusiya arasında saxladığı əvvəlki balans indi itib. Bu və digər buna bənzər hadisələr təbii olaraq, Ermənistanın Avropadan və bütövlükdə dünyadan təcrid olunmasına gətirib çıxarma ehtimalını artırır".
SİA