Elmar Məmmədyarov Avstriya səfirini qəbul edib
2 Noyabr 2018 17:00 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olundu və siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi potensialın mövcud olduğu vurğulandı. Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Nazir Elmar Məmmədyarov Azərbaycan və Avstriya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31