Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
2 Noyabr 2018 16:24 SiyasətNoyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. "OLAYLAR" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31