Həmsədrlərin növbəti uğursuz səfəri

Və ya vasitəçilərin görüntü yaratmaq niyyəti

Dağlıq Qarabağ probleminin həlli istiqamətində yenidən diplomatik fəallıq müşahidə edilməkdədir. Əgər buna fəallıq demək olarsa. Söhbət münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlərindən gedir. Artıq bir neçə gündür ki, vasitəçilər regiondadırlar. Bu dəfə də həmsədrlərin regiona səfərləri bir növ separatizmə dəstək xarakteri daşıdı. Belə ki, Ermənistanda işğalçı ölkə rəhbərliyi ilə görüşən həmsədrlər vasitəçilik missiyasına zidd olaraq bu dəfə də Dağlıq Qarabağa səfər edərək orada separatçı rejimin rəhbərliyi ilə təmasda oldular. Yalnız bundan sonra həmsədrlə Azərbaycana təşrif buyurdular.

Azərbaycan paytaxtında vasitəçilər dövlət başçısı İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də müdafiə naziri Zakir Həsənovla görüşərək münaqişənin hazırkı vəziyyəti, sülh danışıqlarının mövcud durumu, cəbhədəki vəziyyət, ən əsası (təbii ki, bu daha çox Ermənistanın maraqlarına xidmət edir) atəşkəs rejiminin qorunub saxlanılması məsələsini müzakirə etdilər.

Ənənəvi səfərlərdən biri idi. Haqlı olaraq deyildiyi kimi turistik səfər. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu dəfəki səfərindən də müsbət heç nə gözlənilmirdi. Yaxın təcrübə, ən əsası 20 ildən artıq davam edən səmərəsiz fəaliyyət belə qənaətin formalaşmasına yol açırdı. Çünki ATƏT-in Minsk qrupu ötən 20 ildən artıq müddətdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyiblər. Onların fəaliyyəti yalnız və yalnız regiona mütəmadi səfərlər edərək ölkə rəsmiləri ilə görüşmək olub. Və son səfər də bunlardan fərqlənmədi. Elə əksər ekspertlər də məhz bu qənaətdədirlər ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir perspektivi yoxdur və bu səbəbdən onların münaqişənin həllinə nail olmaq istiqamətində fəaliyyətləri də mənasızdır. Bu qrup fəaliyyətini yalnız turistik səfərlər etməklə bitmiş hesab edir. Elə Cənubi Qafqazda Sülh və Təhlükısizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki,  vasitəçilərin regiona bu dəfəki səfərləri görüntü yaratmaq məqsədi daşıyır. Bir növ həmsədrlər fəaliyyətdə olduqlarını cəmiyyətə sırımaq istəyirlər: "ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən Bakıdadır. Onların bu səfəri əsasən növbətçi səfərdi və ilin yekununa həsr olunub. Hər il belə bir səfərlər reallaşır və nəticə etibarı ilə danışıqlar prosesinə heç bir müsbət təsiri yoxdur. Həmsədrlərin Ermənistana və işğal olunmuş ərazilərə səfərdən sonra Bakıya səfərləri əsasən, danışıqlar görüntüsü yaratmaqdır. Qeyd edim ki. həmsədrlərin işğal olunmuş ərazilərimizdən Bakıya birbaşa səfər etməyərək, qayıdıb, Yerevandan gəlmələri onların avantürüst siyasətinin bariz nümunəsidir. Əgər, hüquqi cəhətdən Azərbaycan ərazilərinə daxil olublarsa, birbaşa Xankəndindən Ağdama, oaradan Bakıya gəlməli idilər".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya və Birləşmiş Ştatlar arasında yaşanan siyasi böhran fonunda iki ölkənin həmsədrliyi, danışıqlarda hər hansı bir irəlləyişə aparmayacaq: "Ona görə də Minsk formatı fəaliyyətini dayandırmalı, tərəflər birbaşa danışıqlar aparmalıdır. Belə olan təqdirdə münaqişə ətrafında müsbət irəlləyişə nail olmaq olar".

Politoloq bildirib ki, həmsdərlərin region səfəri davam etdiyi bir vaxtda Ermənistanın baş nazir səlahiyyətlərini həyata keçirən Nikol Paşinyan Qarabağa səfər edib. Onun sözlərinə görə Nikol Paşinyanın  bu səfəri münaqişə ətrafında gedən danışıqlar barədə buradakı separtaçılarla müzakirə etmək deyil: "Ümumiyyətlə, rəsmi Yerevan işğal olunmuş ərazilərdə yaratdığı rejimlə danışıqlar prosesini müzakirə etmir. Çünki, Xankəndində separatçıların hər hansı fikri Yerevan üçün önəmli deyil, əsas tərəf Ermənistandı. Nikol Paşinyanın Qarabağa səfəri, əsasən növbədənkənar seçkilər ərəfəsində buradakı rejimlə Serj Sərkisyan və Röbert Köçaryanın hər hansı bir əlaqəsini neytrallaşdırmaqdı. Çünki, seçki ərəfəsində onların Qarabağ klanı cəbhədə təxribata əl atması mümükündü. Bu da Nikol Paşinyanı narahat edir və Xankəndinə gəlməklə, buradakı separtçılardan əmin olmaq istəyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31