"Nikolun iki yolu var: Bakı ilə razılaşma və..." - Jarixin
2 Noyabr 2018 14:43 SiyasətMDB ölkələri institutunun direktor müavini Vladimir Jarixin N.Paşinyanın ölkəsinin siyasi kursunu dəyişəcəyinə şübhə ilə yanaşıb.
"Çarıqrad" nəşrinə müsahibəsi zamanı ekspert qeyd edib ki, radikal dəyişikliklər yalnız ölkə liderinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıracağı halda baş verə bilər, lakin belə olan halda da artıq siyasətçinin siyasi karyerasının məhvindən danışmaq olar.
"Ümumiyyətlə, Ermənistanın tələdə olduğunu söyləmək olar. Qonşuları ilə real vəziyyətin saxlandığı bir halda köklü dəyişikliklər çətin ki baş versin", - ekspert bildirib.
Hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, İrəvan uyğun məbləğ səsləndiriləcəyi halda Vaşinqtonun altına uzanmağa hazır olduğunu göstərdi.
"Paşinyanın bəyanatları (ABŞ-dan silah almağın mümkünlüyü ilə bağlı bəyanat - red.) təsadüfi deyil, onlar Putinin İstanbulda dördtərəfli Suriya sammitinə getdiyi bir vaxtda səsləndirilib. Təsadüf? Düşünmürəm", - ekspert yazıb.
Politoloq Rafael Orduxanyan isə deyib ki, ölkədəki hazırki siyasi vəziyyətə Rusiyada yaşayan böyük erməni diasporu, İrəvanın Moskvadan tam iqtisadi asılılığı, həmçinin Rusiya hərbçilərinin Ermənistan sərhədlərini qorumağa yardım etməsi təsir göstərir. Məhz buna görə də İrəvanın qərbyönlü siyasi kursu mümkün deyil.
"Paşinyanı daha çox narahat edən ona diqqət yetirilməməsidir. Rusiyadan heç kim onunla söhbət etmək istəmədi. Bu Ermənistanla məşğul olan şəxslərin analitik səhvi idi", - politoloq əlavə edib.
AXAR.AZ