Paşinyan gözlənilmədən Qarabağa gəldi

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağa səfər edib. Modern.az xəbər verir ki, Azərbaycanın işğal altında olan ərazilərinə gələn Paşinyan Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Ermənistan parlamentinin buraxılmasından və növbədənkənar seçki tarixi barədə qərar açıqlandıqdan sonra N.Paşinyanın qəfildən Dağlıq Qarabağa gəlməsi sözsüz ki, daxili auditoriyaya hesablanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31