İrəvanın son siyasəti də iflasa uğradı: Paşinyan…

Paşinyan indiki reallıqdan bir nəticə çıxarmasa, Ermənistanın iflası daha da sürətlənəcək.

Bunu  sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Qarabağ ətrafında cərəyan edən son siyasi proseslər Ermənistanın bütün diplomatik cəbhələrdə Azərbaycana uduzmasından xəbər verir:

"Ümumiyyətlə, ABŞ son zamanlar Cənubi Qafqazda aktiv siyasət yürütməyə başlayıb. Bu fonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistanda bir növ Azərbaycanın mövqeyini təkrarlaması təsadüfi deyildi. Əgər Ermənistan mövcud böhrandan qurtulmaq istəyirsə, o zaman qonşu dövlətlərlə olan münasibətlərini nəzərdən keçirməli və nə qədər gec deyil işğalçılıq siyasətindən əl çəkməlidir. Ermənistanın yeganə xilas yolu məhz bundan ibarətdir".

Politoloq bu arada Avropa İttifaqının Ermənistana ayırdığı maliyyə yardımını azaltmasına da münasibət bildirib:

"2017-ci ildə Ermənistanda seçkilərin keçirilməsinə 7 milyon avro ayıran Avropa İttifaqı indi bu rəqəmi 4 milyon azaldıb. Beləliklə, İrəvanın bu yöndəki cəhdləri də iflasa uğradı".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31