“Münaqişənin həllində real nəticələr yoxdur” AÇIQLAMA

"Beynəlxalq hüquqa əsasən ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi səylərə hörmətlə yanaşılır və nəticə gözlənilir". Bunu millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili təəssüflə qeyd edib ki, münaqişənin həllində real nəticələr yoxdur: "Xüsusilə, bu dəfə onların yenidən Ermənistan vasitəsi ilə Xankəndinə gəlməsi, separatçı rejimin rəhbərləri ilə görüşməsi və bu barədə hər hansı bir bəyanat verməmələri narahatçılıq yaradır. Çünki biz bilirik ki, Paşinyan birbaşa bəyanat verir ki, Dağlıq Qarabağ rəhbərliyi danışıqlarda tərəf kimi iştirak eləsin. Yəni buna reaksiya vermək lazımdır. Halbuki, bunu heç həmsədrlərin özləri də qəbul etmirlər. Çünki yaxşı bilirlər ki, heç vaxt Azərbaycan buna razı olmayacaq. Bu baxımdan həmsədrlərin bu dəfə ki, səfərinə daha çox ümid edirdiksə əksini müşahidə etməkdəyik. Demək olar ki, həmsədrlərin regiona səfərləri turist səfərlərinə oxşayır və elə də davam edirlər. Ümumiyyətlə, məsələn Fransa tərəfi açıq şəkildə bildirir ki, biz Ermənistana təzyiq etməyəcəyik ki, danışıqları sürətləndirsin. Yaxşı Ermənistan beynəlxalq hüquqla, danışıqlar yolu ilə münaqişənin həllindən qaçır. Bəs o zaman hansı yol qalır? ATƏT-in Minsk Qrupu həmsədrləri də, Ermənistana heç bir təzyiq göstərmirlər. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına səbəb olur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31