Azərbaycanın Baş naziri Novruz Məmmədov sabah Qazaxıstana səfərə gedəcək. Məlumata görə, Baş nazir Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının noyabrın 2-də Astana şəhərində keçiriləcək iclasında iştirak edəcək. Bu ilin aprelində Baş nazir təyin edilən N.Məmmədov bu vəzifədə MDB Hökumət Başçıları Şurasının toplantısında ilk dəfə iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31