"Münaqişənin həllində müəyyən qədər dəyişiklik olacağı gözləniləndir" AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun missiyası sülh yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək və bu prosesə töhfə verməkdir. Lakin mən onların hazırkı fəaliyyəti ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində müsbət dəyişikliklərin olacağını gözləmirəm". Bu fikirləri  Milli Məclisin deputatı Azər Badamov həmsədrlərin regiona səfərinə münasibətini bildirərkən deyib.

Deputat bildirib ki, həmsədrlərin budəfəki səfəri də onların vəziyyətlə yenidən tanış olması və şablon bəyanatla yekunlaşacaq.

Onun sözlərinə görə, həmsədrlərin problemin həlli istiqamətində müsbət dəyişiklik edəcək, yeniliklər gətirəcəyinə inanmaq çox çətindir: " Əgər onlar belə bir addım atmaq istəsəydilər, indiyədək atar və münaqişənin həlli istiqamətində fəaliyyət ortaya qoya bilərdilər. Amma çox təəssüf ki, 1993-cü ildən problemin həllinə vasitəçilik edən Minsk qrupu ötən 25 il müddətində bu istiqamətdə heç bir müsbət fəaliyyət ortaya qoya bilməyib".

Son dövrlərdə ABŞ-ın problemin həlli istiqamətində Azərbaycanın maraqlarına uyğun şəkildə mövqe sərgiləməsinə toxunan A.Badamov qeyd edib ki, bu gün Azərbaycanın dünyada beynəlxalq mövqeləri möhkəmlənir, ölkəmiz nəinki ABŞ, Avropa və ümumilikdə bütün dünya üçün önəmli ölkəyə çevrilir: "Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ABŞ kimi aparıcı bir dövlətin də mövqeyi dəyişilir ki, bu da nəticə etibarı ilə məsələnin həllinə təsir edə bilər. Biz bilirik ki, DQ-ın həlli təkcə ABŞ-ın deyil, digər dövlətlərin də burada təsir gücü var. Tezliklə nəyəsə nail olacağını düşünməsəm də, prosesdə müəyyən qədər dəyişiklik olacağı gözləniləndir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31