"Hesabatda Azərbaycanın yüksək qiymətləndirilməsi ardıcıl islahatların nəticəsidir" AÇIQLAMA
1 Noyabr 2018 14:23 Siyasət"Dünya Bankının məşhur "Doing Business 2019" hesabatında ölkəmizin yüksək qiymətləndirilməsi, Azərbaycanda aparılan ardıcıl islahatların nəticəsidir". Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın daha güclü etmək, iqtisadiyyatımızı günün tələblərinə cavab verən səviyyəyə qaldırmaq üçün atdığı addımlar öz nəticəsini verir.
A. Mirzəzadə söyləyib ki, bu gün Dünya Banının hesabatında Azərbaycanın bütün sahələr üzrə islahatlar aparan ölkələr arasında 25-ci yer tutması yüksək göstəricidir: " Mən deyərdim ki, əgər Azərbaycanın işğal edilən torpaqları olmasa idi, əgər ölkəmizin 1 milyondan çox qaçqın və məcburi köçkünü olmasa idi, göstəricilərimiz daha yaxşı ola bilərdi. Amma bununla belə hər bir sahədə islahatların aparılması, onların konkret nəticələr verməsi, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir ".
Deputat hesab edir ki, növbəti illərdə bu göstərici daha da yüksək olacaq.
sia