Özbəkistan Qarabağ münaqişəsinin tezliklə həll olunmasını istəyir - SƏFİR

“ Biz Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi çərçivəsində həlinə tərəfdarıq”

"Özbəkistan Qarabağ münaqişəsinin tezliklə həll olunmasını istəyir". \"OLAYLAR"İA\ Bunu deyən  Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevin sözlərinə görə, təmsil etdiyi dövlət uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi çərçivəsində həlinə tərəfdardır: "Biz bu münaqişənin tezliklə, sülh yolu ilə ədalətli həllinin istəyirik. Eyni zamanda, münaqişənin sülh yolu ilə həllində Azərbaycana hər an dəstək verməyə hazırıq və bunu da ifadə edirik. Biz istəyirik ki, tezliklə bölgənizdə sülh-əmin-amanlıq yaransın, burada təhlükəsizlik, sabitlik bərqərar olsun". Səfir eyni zamanda, Özbəkistan-Azərbaycan əlaqələrinin dostluq-qardaşlıq münasibətlərinə dayandığını vurğulayıb: "Azərbaycan Özbəkistanın strateji müttəfiqlərindən biridir. Biz Cənubi Qafqaz bölgəsində daha çox Azərbaycanla qarşılıqlı münasibətlərə, əməkdaşlığa önəm veririk və bunu ölkəmizin prioritetlərindən biri hesab edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00