PKK/PYD İstanbul, Ankara və İzmirdə teraktlar törətməyi planlaşdırırmış
1 Noyabr 2018 12:00 SiyasətTürkiyənin Mardin şəhərində təhlükəsizlik qüvvələri bomba yüklü bir maşınla birlikdə 3 terrorçunu sağ olaraq yaxalayıblar. Qaziantepdə isə terror təşkilatı PKK/ PYD/YPG-nin düşərgələrində təlim keçən bir terrorçu yaxalanıb.
Avropa.info xəbər verir ki, həmin şəxsin PKK/ PYD/YPG silahlı terror təşkilatı üzvü olduğu, Suriyanın Telabyad bölgəsində yerləşən PYD/YPG düşərgələrində təlim keçdiyi ortaya çıxıb.
Mardin valisi Mustafa Yaman, şəhərdə 250 kq partlayıcı maddə ilə yaxalanan PKK/PYD terrorçularının böyük şəhərlərdə 32 terror aktı keçirməyi planlaşdırdıqlarını açıqlayıb.
Valinin sözlərinə görə, terrorçular İstanbul, Ankara və İzmirdə terror aktları törətməyi planlaşdırırmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31