Ermənistan Xocalı aeroportunu istifadəyə verməyəcək - AÇIQLAMA

Mübariz Göyüşlü: “Azərbaycan Xocalı aeroportu ilə bağlı Ermənistana ünvanlanan sərt bəyanatları gündəmdə saxlamalıdır”

"Xocalı aeroportunun açılması məqsədilə edilən hər hansı bir hərəkət, şübhəsiz, ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan və kritik nöqtəyə çatan sülh danışıqlarına mənfi təsir edəcək. Xocalı ilə bağı simvolizmi nəzərə alaraq bu cür hərəkət sülh danışıqlarını, hətta tamamilə fəlakətə uğrada bilər". Böyük Britaniyanın Kəşfiyyat və təhlükəsizlik üzrə Parlament Komitəsinin üzvü Mark Fild belə deyib. Məsələyə münasibət bildirən "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlünün sözlərinə görə Ermənistan ona qarşı olan bütün amilləri nəzərə alaraq bu cür avantüradan əl çəkməlidir: "Xocalı aeroportu sülh danışıqlarına mənfi təsir göstərən bir amildir. Məsələnin artıq beynəlxalq qurumların müzakirəsinə çıxarılması gözlənilir. Azərbaycan bu istiqamətdə təzyiqlərini davam etdirməlidir. Eyni zamanda Ermənistan tərəfinə buna görə sərt bəyanatlarını da gündəmdə saxlamalıdır, erməni hakimiyyəti bu addımından əl çəksin. Beynəlxalq qurumların da bu tip bəyanatları Ermənistanı öz niyyətindən geri çəkəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00