Bəhruz Quliyev: “Erməni lobbisi Avropanın homoseksual və kloun siyasətçilərinin ümidinə qalıb”

"Ermənistan işğalçılıq və separatizm əməllərinə haqq qazandırmaq üçün müxtəlif təxribat xarakterli addımlar atır. ABŞ-da prospektin qondarma "DQR" adına adlandırılması, fransız bələdiyyələrin qanunsuz səfərləri və s. dediyimizi fikri əyani şəkildə sübut edir. Lakin erməni lobbisinin və Ermənistan hakimiyyətinin bu addımları nəticəsiz qalacaq". Bunu "Səs" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.

Bəhruz Quliyev bildirib ki, elə Belçika parlamentinin üzvü Jan Jak Flaonun qondarma "Dağlıq Qarabağ Respubublikasına" qanunsuz səfəri də eyni məqsədə xidmət edir: "Erməni mətbuatı iddia edir ki, guya Flao kimi homoseksualların Qarabağa qanunsuz səfərləri separatçı rejimi tanıdır və ya separatçı rejimi beynəlxalq aləmə açıır. Əslində, istər erməni lobbisinin nümayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur".

Bəhruz Quliyev diqqətə çatdırıb ki, erməni lobbisi Avropanın homoseksual və kloun siyasətçilərinin ümidinə qalıb: "Karampetyanın qondarma separatçı rejimin təbliği üçün Avropa siyasətçilərini, daha doğrusu sağlam düşüncəli avropalı siyasətçiləri, bu əraziyə aparmaq səyləri hər dəfəsində Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmış, indi isə o, homoseksual evlilik qurmuş ilk belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir".

Bəhruz Quliyev əlavə edib ki, Karampetyan kimilərinin əlacsız səyləri, homoseksual və kloun siyasətçilərin dövlətlərinin birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərair yaradır. Bununla da həm erməni lobbisi, həm də Ermənistan dövləti özünü bir daha ifşa etmiş olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31