Hakimiyyət İranı parçalayır - FİKİR

Əli Oruclu: “Əhmədinejadla dövlət adamları arasındakı soyuq münasibətlər ortaya mənfi nəticələr qoyacaq”

İran parlamentinin spikeri Əli Laricaniyə çıxışı zamanı ayaqqabı atıblar. Laricaniyə ayaqqabı atanların prezident Mahmud Əhmədinejadın tərəfdarları olduğu bildirilir. Qeyd edək ki, Əli Laricani ilə Mahmud Əhmədinejad arasında münasibətlər elə də isti deyil. "İran hakimiyyətinə qarşı beynəlxalq təzyiqlərin hərarəti yüksəlir. Bu səbəbdən mövcud olan gərginlik hakimiyyətdaxili qütblərə də yansıyır" deyən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə bir müddət əvvəl İran prezidenti Mahmud Əhmədinejad Laricaninin qardaşının videogörüntüsünü parlementdə spikeri ifşa etmək məqsədilə nümayiş etdirdi: "İrandakı hakim dairələr arasında gərginliyin yaradılmasında tamam ayrı qüvvələr dayanır. Bildiyiniz kimi İran parlamenti mühafizəkar və dindarların əlindədir. Əhmədinejad da mühafizəkar olsa da bir qədər islahat tərəfdarıdır. Vəziyyətin getdikcə kəskinləşməsi çıxara artıq mövqelərində müəyyənləşməsini diktə edir. Ya mühafizəkar olaraq İran hakimiyyətini molla rejimi kimi qapaq ölkə olaraq saxlamaq, yaxud da İranı açıq dövlətə çevirmək - bu müstəvidə hakimiyyət dairələri arasında mübarizə gedir. Prezidentlə müxtəlif dairələr arasında olan soyuq münasibətlər İranın gələcəyini risk altında qoyur. Hər halda bu proseslər İranda mənfi nəticələr meydana çıxaracaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00