“Qondarma rejim üzdəniraqların ümidinə qalıb” – Şərh

"Təəssüf hissi ilə qeyd etməliyəm ki, son zamanlar Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilir və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunları kobud şəkildə pozulur. Belçika parlament üzvlərinin Azərbaycan torpaqlarına qanunsuz səfəri Azərbaycan-Belçika münasibətlərinə inkişafına mənfi təsir göstərə bilər. Xüsusilə də, bu səfərin üzdəniraqlar tərəfindən reallaşdırılması qondarma rejimin nə qədər biabırçı bir vəziyyətdə olduğunu göstərir. Seperatçı rejim bu səfərləri təşkil etməklə çalışır ki, özünü "müstəqil  ölkə" kimi tanıtsın lakin buna nail ola bilməyəcəklər.

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

O, avqust ayında "internet qumarbazı" Den Blizerian  işğal altında olan Azərbaycan torpağına səfər etməsini xatırladıb:"Seperatçı rejim bu hərəkəti ilə daxili ictimaiyyətinə hər şeyin müsbətə doğru dəyişdiyini göstərməyə çalışır. Seperatçı rejim nə qədər çalışsa da bu istəklərinə nail ola bilmədi. Bir şey ki, qondarma rejim  porno ulduzu, internet qumaarbazı və üzdəniraqlar kimilərinin dəstəyi ilə dünya arenasında tanınmağa çalışır onda bu seperatçı rejimdən hər şey gözləmək olar. İndi də üzdəniraqların dəstəyi ilə özlərini Avropa dəyərlərinə sadiq biri kimi göstərmək arzusundadırlar. Lakin bir şeyi unudurlar ki, Avropa dəyərləri işğalçılıq siyasəti üzərinə qurulmayıb. Həmçinin onlar üzdəniraqların səfərlərini təşkil etməklə maliyyə dəstəyi əldə etməyi planlaşdırırlar. Bir sözlə, seperatçı rejim homoseksuallara möhtac vəziyyətdədir. Həmçinin Avropada nüfuzu olmayan homoseksual deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur".

Politoloqun fikrincə, yaxın zamanda homoseksuallığın qondarma rejimdə geniş yayılmasına müşahidə edəcəyik: Hətta bu səfər çərçivəsində maliyyə dəstəyinin təmin olunması qarşılığında qondar rejimdən belə bir şərt iləri sürülə bilər. Xüsusilə, işğal olunmuş ərazilərimizdə xidmət göstərən erməni əsgərlərin arasında homoseksuallığın geniş yayıldığı bir vaxtda. Bundan əlavə, Ermənistanın LGBT icmasına 30 min avro göndərdiyi barədə yazılar çıxmaqdadır. Bu yaxınlarda Material Henrix Bell Fondunun Cənubi Qafqaz ofisi tərəfindən həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən "Ermənistan və Gürcüstanda LGBT nümayəndələri üçün həmrəylik şəbəkəsi" layihəsi çərçivəsində "Zorakılıqsız cəmiyyət" ictimai təşkilatının köməyilə "Ermənistanda eynicinsli cütlüyün xoşbəxt, amma çoxları üçün anlaşılmaz hekayəsi" adlı yeni bir yazı yayımlanıb. Bu yazıda Romik Danial və Narek adlı iki eyni həmcinsin bir-birinə qovuşmasından, bunun timsalında sevgilərindən bəhs olunur. Son olaraq, Bu gün Romik və Narek uşaq arzusundadır, Romikin sözlərinə görə bu, qələbə rəmzi olacaq".

O vurğulayıb ki, Nikol Paşinyan jurnalist kimi faəliyyət göstərdiyi illər ərzində LGTB tərəfdaşı kimi çıxış edib: "Yazılarında həmişə bu mövzuya toxunub. Belə nəticəyə gəlmək olar ki, Ermənistanda mövcud olan LGTB tərəfdaşlarının Avropadan böyük dəstək görülməsindəki ilk səbəbkarlardan biri də məhz hazırda baş naziri olan Nikol Paşinyandır. Bu gedişatla N.Paşinyan Ermənistanı "gey"lər ölkəsinə çevirəcək. Görünür, bu işə qondarma rejimdən başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31