Müxalifətin bir ünvanı olmalıdır
11 Fevral 2013 16:47 Siyasət"Zaman-zaman ölkədə keçirilən həm parlament, həm prezident, həm də bələdiyyə seçkilərində xalqın səsi oğurlanıb. Bunun əsas səbəbi isə müxalifət qüvvələri arasında birliyin olmamasıdır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə çıxış edib. Partiya sədrinin sözlərinə görə, müxalifət partiyaları arasındakı pərakəndəlik bu cür mənfi tendensiyaya səbəb olub: "Bunun qarşısını almaq, buna son vermək üçün Azərbaycan müxalifətinin bir ünvanı olmalıdır-o da birləşmiş müxalifət. Biz müxalifət olaraq dinc yolla hakimiyyətə gəlmək istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00