Siyasi partiyalara ayrılan vəsaitin məbləği bəlli oldu
11 Fevral 2013 16:47 SiyasətMəlum olduğu kimi "Siyasi partiyalar haqqında " qanuna uyğun olaraq parlamentdə təmsil olunan siyasi partiyalara vəsaitin ayrılmasına başlanılıb. Artıq 2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı aşağıdakı məbləğlərdə aidiyyəti siyasi partiyalar rasında bölüşdürülüb. Bölgüyə əsasən
Yeni Azərbaycan Partiyasına 1145125,89, Vətəndaş Həmrəyliyi Partiyasına 136089,81, Ana Vətən Partiyasına 121029,57, Sosial Rifah Partiyasına 105969,33,
Azərbaycan Demokratik İslahatlar Partiyasına 105969,33, Azərbaycan Ümid Partiyasına 105969,33, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına 105969,42,
Vətəndaş Birliyi Partiyasına 105969,33, Böyük Quruluş Partiyasına
105969,33, Milli Dirçəliş Hərəkatı Partiyasına 105969,33, Ədalət Partiyasına
105969,33 manat vəsait ayrılıb. Dövlət büdcəsindən ayrılan vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə siyasi partiyanın bank hesabına köçürülməsi təmin ediləcək.