"Forum dünya üçün aktuallığı və vacibliyi ilə seçilir" AÇIQLAMA

"Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda müzakirə olunan məsələlər müasir dünya üçün aktuallığı və vacibliyi ilə seçilir". Bunu  İranın İRNA Dövlət İnformasiya Agentliyinin baş direktoru Seyid Ziya Haşemi deyib.

Forumda müzakirə olunan məsələlərin bütün ölkələri narahat etdiyini deyən Baş direktor söyləyib ki, tədbir çərçivəsində dünyanın nüfuzlu media qurumlarının rəhbərlərinin "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusu ətrafında geniş fikir mübadiləsi aparması mühüm əhəmiyyət kəsb edir: "Bu gün dünya mətbuatında yer tapan yalan məlumatlar dövlətləri qarşı-qarşıya qoyur və xalqlar arasında nifaq salır. Bu kimi təhlükəli halların aradan qaldırılması istiqamətində atılan addımlar arasında VI Beynəlxalq Humanitar Forumun rolu böyükdür".

İran ilə Azərbaycanın yaxın dost və qonşu ölkələr olduğunu dilə gətirən Z.Haşimi vurğulayıb ki, hər iki xalq ortaq tarixə, mədəniyyətə, dinə və milli-mənəvi dəyərlərə malikdirlər: "İran ilə Azərbaycanın media qurumları arasında yaranmış əməkdaşlıq əlaqələri bu kimi neqativ halların qarşısının alınmasına yönəlib. Məsələyə bu baxımdan yanaşdıqda görərik ki, VI Bakı Beynəlxalq Humanitar Forumu yalnız İran ilə Azərbaycanın deyil, digər dövlətlərdə də fəaliyyət göstərən media qurumlarının bir-biriləri ilə əlaqələr qurmalarına şərait yaratdı".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31