Deputatımız Bolqarıstana səfər edib
31 Oktyabr 2018 13:43 SiyasətMilli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rauf Əliyev Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bolqarıstanın paytaxtı Sofiyada rəsmi səfərdədir. MM-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 31-də deputatımız səfər çərçivəsində Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə keçirilən görüşlərdə, o cümlədən Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva ilə görüşdə iştirak edəcək. Daha sonra Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclasına qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31